Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dünya Bankı Azərbaycanla bağlı proqnozunu dəyişdi

Dünya Bankı 2018-ci ildə Azərbaycanda ümumi daxili məhsulun 1,8% artacağını  proqnozlaşdırır. 

Mynews.az xəbər verir ki, bu ilin yanvarında DB Azərbaycanda 0,9% iqtisadi artım gözləyirdi. 

Bankın açıqlamasına görə, “Şahdəniz” yatağının II mərhələsinin işə düşməsi, eləcə də, qeyri-neft sektorunun inkişafı ilə əlaqədar orta müddətdə Azərbaycanda ÜDM-nin artımı sürətlənəcək.

O da qeyd edilir ki, ÜDM-nin artımına neft hasilatının stabilləşməsi və dünya bazarında “qara qızıl”ın qiymətinin yüksək olması da təsir göstərir:

“Neftin qiymətinin bahalaşması dövlət investisiyalarının artımına təsir edir”.

Qeyd edək ki, hökumət cari ildə ÜDM-in 1,5% artımını gözləyir. 2017-ci ilin rəqəmlərinə görə, ölkədə ÜDM 0,1% olub. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...