Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Avtobuslar əvvəlki rejimdə fəaliyyət göstərəcək

Formula 1 yarışları ilə bağlı hərəkət sxemi müvəqqəti dəyişdirilən avtobuslar əvvəlki rejimdə fəaliyyət göstərəcək.

Mynews.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə hərəkət sxemi müvəqqəti dəyişdirilən 17 marşrut xətti üzrə (1, H1, 2, 4, 5, 6, 8, 14, 18, 31, 37, 46, 61, 65, 77, 88, 124) avtobuslar mayın 1-dən əvvəlki fəaliyyətini bərpa edəcək.

Həmçinin fəaliyyəti müvəqqəti dayandırılan 125 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar da mayın 1-dən sərnişinlərə xidmət göstərəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...