Azərbaycan və İran birgə neft şirkəti yarada bilər
Azərbaycan İranla birgə neft şirkəti yarada bilər.
Mynews.az APA-ya istinadən xəbər verir ki, İranın neft nazirinin müavini Əmir Hüseyn Zamaniniyə bildirib ki, bu məsələ İran prezidenti Həsən Ruhaninin martın 29-da Azərbaycana səfəri zamanı Azərbaycan Energetika Nazirliyi ilə İran İslam Respublikasının Neft Nazirliyi arasında Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında anlaşma memorandumunda öz əksini tapıb.
İranlı nazir qeyd edib ki, hazırda bu məsələ üzərində işlənilir.
Sənəddə yeni yaradılacaq şirkətin Xəzər dənizində iki blokun işlənilməsini nəzərdə tutulub. Məlumata görə, yaxın zamanlarda razılaşma qüvvəyə minəcək.
Azərbaycanın Energetika Nazirliyindən isə APA-ya bildiriblər ki, hazırda memorandumun icrası istiqamətində məsləhətləşmələr aparılır.
İqtisadiyyat
- Manat və lirənin məzənnəsi: Rubl bahalaşdı, avro ucuzlaşdı
- Azərbaycan nefti BAHALAŞIB
- Dollarda bahalaşma davam edir - Məzənnə rekord səviyyəyə yüksəlib
- Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1010 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 969 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 958 dəfə oxunub