Əhaliyə sevindirici xəbər - Rəsmi
“Azərbaycanda devalvasiya üçün heç bir makroiqtisadi əsas yoxdur”.
Mynews.az-ın məlumatına görə bildirir ki, bunu bu gün Bakıda “Kredit Məlumatları Təchizatçılarının Regional Assosiasiyası”nın təsis edilməsinə həsr edilməsinə konfransda Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş İcraçı Direktoru İbrahim Alışov deyib.
“Son bir həftə ərzində Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdə, Türkiyə, Rusiya kimi ölkələrdə valyuta qiymətlərinin milli valyutaya nisbətdə volatilliyi Azərbaycanda da psixoloji gərginlik yaratmaqda idi. Bizim müşahidələr və apardığımız təhlillər onu göstərir ki, bankların heç birində nağd valyuta tələbnatlarını qarşılamamaq imkanları yoxdur. Mərkəzi Bank yetərincə banklara, bank filiallarına yetərincə nağd valyuta satışını həyata keçirib. Bu sadəcə psixoloji amildir. Bizim apardığımı təhlil göstərir ki, burada alışı həyata keçirən daha çox əhali qrupudur. Bizim apardığımız hesablamalara görə son 1 həftə ərzində ortalama valyuta alışı adambaşına 800-1300 dollar olub. Bu onu deməyə əsas verir ki, sadəcə qonşu ölkələrdə baş verən hadisələrlə əlaqədar psixoloji amillərdən əhali qrupu bir az təşvişə düşüb. Azərbaycanda devalvasiya üçün heç bir makroiqtisadi əsas yoxdur”, – deyə İ.Alışov vurğulayıb.apa
İqtisadiyyat
- Manat və lirənin məzənnəsi: Rubl bahalaşdı, avro ucuzlaşdı
- Azərbaycan nefti BAHALAŞIB
- Dollarda bahalaşma davam edir - Məzənnə rekord səviyyəyə yüksəlib
- Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 994 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 957 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 947 dəfə oxunub