Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda içki və tütün bahalaşıb

2018-ci ilin yanvar-mart aylarında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar- mart ayları ilə müqayisədə 3,2 faiz artaraq, 4713,0 milyon manat olub.

Bakı Statistika İdarəsindən Mynews.az-a verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq, 2135,8 milyon manat, qeyri-ərzaq məhsullarının həcmi isə 4,3 faiz artaraq, 2577,2 milyon manat təşkil edib

İstehlak məhsullarının 20,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 66,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 12,9 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 10,3 milyon manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 5,1 faiz az istehlak məhsulları satılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...