Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yeni nazir məşhur fermerin ayağına getdi - VİDEO

Yeni kənd təsərrüfatı naziri bir müddət əvvəl sosial şəbəkələrdə kənd təsərrüfatındakı problemləri dilə gətirməklə İnternet fenomeninə çevrilən qubalı fermerlə görüşüb.

Mynews.az-ın məlumatına görə, bu barədə fermerin özü - Quba rayonunun Buduq kəndinin sakini, fermer İldırım Məmmədov məlumat verib. 

Fermer bildirib ki, yeni Kənd Təsərrüfatı naziri İnam Kərimov onun təsərrüfatına baş çəkib və vəziyyətlə tanış olub. 

Nazirin İ. Məmmədova dediyi sözlər onda xoş təəssürat yaradıb: "Mən bu qədər ömür sürdüm, belə nazir görməmişdim. İnsan nə qədər sadə,nə qədər mədəni və geniş diapozonlu olar. Mənə ürək-dirək verdi ki, heç nədən çəkinmə mal-qara və qoyun-quzunu artırın. Cənab nazirimiz İnam Kərimov fermərlərə hər cür dəstək olacağını da bildirdi. Quzunu qucağına alaraq nazirdən quzu iyi gələr dedi. Bizə baş üstə deməkdən savayı, başqa söz qalmadı” 

Xatırladaq ki, bu çıxışından sonra Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin (DAMM) sədri, İctimai Nəzarət Koalisiyasının (İNK) sədri Rasim Məmmədov İldırım Məmmədovu İNK-nin Quba rayon üzrə sədri təyin edib. 

İldırım Məmmədovu fenomen edən çıxışını təqdim edirik. 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...