Bakı Aeroportunun sərnişin dövriyyəsi artıb
Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin ilk dörd ayı ərzində 1 milyon 239 min sərnişinə xidmət göstərib. Bu göstərici ötən ilin analoji göstəricisindən 15 faiz çoxdur.
Mynews.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 495 min sərnişin, milli loukoster “Buta Airways”in payına isə 139 min sərnişin düşüb.
1 milyon 66 min sərnişin (ümumi sərnişin dövriyyəsinin 86 faizi) beynəlxalq reyslərlə daşınıb. Beynəlxalq sərnişinlərin ümumi sayının 30 faizi AZAL-ın, 13 faizi isə “Buta Airways”in payına düşüb.
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 40-dan çox istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna əvvəlki kimi İstanbul, Moskva, Dubay, Kiyev, Doha, Şarja, Tbilisi, Bağdad, Tehran və Sankt-Peterburq daxildir. Yanvar-aprel ayları ərzində bu istiqamətlərə 818 min sərnişin uçub.
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.
2018-ci ilin may ayında Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti “Skytrax”ın ən yüksək beş ulduzuna layiq görülüb.
Heydər Əliyev Beynəlxalq Aeroportu ardıcıl olaraq ikinci il Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək “Skytrax World Airport Awards” mükafatına layiq görülüb.
İqtisadiyyat
- Manat və lirənin məzənnəsi: Rubl bahalaşdı, avro ucuzlaşdı
- Azərbaycan nefti BAHALAŞIB
- Dollarda bahalaşma davam edir - Məzənnə rekord səviyyəyə yüksəlib
- Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 951 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 907 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 597 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 597 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 593 dəfə oxunub