Nəqliyyat vasitələrinin sərhəddə çox qalmasının səbəbi açıqlandı
Azərbaycanın sərhəd keçid məntəqələrində nəqliyyat vasitələrinin çox qalması məsələsinə aydınlıq gətirilib.
Mynews.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) Fəaliyyətinin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev Azərbaycanın Gürcüstandan fərqli olaraq, sərhəd-keçid məntəqələrində təhlükəsizliyə daha çox önəm verdiyini deyib.
O qeyd edib ki, Gürcüstan sərhəd-keçid məntəqələrində fiskal siyasət həyata keçirir:
“Bəzən deyirlər ki, niyə Gürcüstan sərhəddindən bir dəqiqəyə keçmək olur, amma bizdə yubanmalar olur?! Səbəb budur - biz təhlükəsizliyə üstünlük veririk və bu da müəyyən vaxt alır”.
İ.Babayev qeyd edib ki, DGK qeydiyyat jurnalında hansısa avtomobil barədə məlumatı ləğv etmək üçün dörd nazirlikdən icazə alır və bu proses 3-4 ay çəkir:
“Biz bir gecədə 27 jurnal, 18 sənəd ləğv etmişik. Əgər əvvəl sərhəd-keçid məntəqəsindən 283 min maşın keçirdisə, bu gün bu rəqəm 1356 minə qalxıb.
Əgər avtomobil 60 dəqiqədən çox sərhəd keçid məntəqəsində qalırsa, avtomatik olaraq buna reaksiya verilir və izahat tələb olunur”.
İqtisadiyyat
- Manat və lirənin məzənnəsi: Rubl bahalaşdı, avro ucuzlaşdı
- Azərbaycan nefti BAHALAŞIB
- Dollarda bahalaşma davam edir - Məzənnə rekord səviyyəyə yüksəlib
- Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 994 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 957 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 947 dəfə oxunub