Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakı Dairəvi-1 avtomobil yolunda yenidənqurma işləri aparılır - DİQQƏT!

Bakı Dairəvi-1 yolunda rahat hərəkətin təşkili üçün dəyişikliklər aparıldığı üçün əsas yolla köməkçi yol arasında yerləşən təhlükəsizlik sədlərinin sökülməsi işləri görülür.

Mynews.az-ın məlumatına görə, bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən məlumat verilib.

Məlumata əsasən, sözügedən işlər axşam saatlarınadək davam etdiriləcək.

Bununla əlaqədar olaraq sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...