Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda yol çökdü - FOTOLAR

Bakının Nəsimi rayonunun Həsən Əliyev küçəsində avtomobil yolunda asfalt çöküb. 

Mynews.az oxu.az-a istinadən xəbər verir ki, həmin ərazi bir neçə gün öncə çökmüş və təmir olunmuşdu. Ancaq bir neçə saat əvvəl yolda yenidən çöküntü meydana gəlib. 

Hadisə yerinə Dövlət Avtomobil Yolları Agentliyinin əməkdaşları cəlb olunublar. 

Hazırda bu istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, tıxac müşahidə olunur. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...