Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Paytaxtda Həsən Əliyev küçəsində yolun çökmə səbəbi açıqlandı

Paytaxtın Həsən Əliyev küçəsinin Mərdanov qardaşları küçəsi ilə kəsişməsində yolun çökən hissəsi bərpa olunub.

Mynews.az-ın məlumatına görə, bu barədə Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Qurum rəsmisi bildirib ki, adıçəkilən ərazidə yolun təqribən 1 metr diametrində çökməsi ilə bağlı günorta saatlarında məlumat daxil olub: "Əməkdaşlarımız əraziyə cəlb olunub. İlkin baxış zamanı çökmənin su sızması nəticəsində baş verməsi aydınlaşıb. Aidiyyəti qurum tərəfindən su sızmasının qarşısı alınıb və yolun həmin hissəsi artıq bərpa olunub".

Xatırladaq ki, bu gün səhər saatlarında Həsən Əliyev küçəsinin Mərdanov qardaşları küçəsi ilə kəsişməsində yol qəfil çöküb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...