Azərbaycanda avtomobil qiymətləri… - VİDEO
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Gürcüstandan ötən ilə nisbətən 5,5 dəfə daha çox avtomobil idxal edib.
Xezerxeber.az-ın məlumatına görə, bu, Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında yer alıb.
Məlumatda qeyd olunur ki, idxal olunmuş avtomobillərin sayı 4 ay ərzində 1995 olub. İdxal olunan avtomobillərin ümumi dəyəri isə 36 mln. 778,7 min dollar təşkil edib.
Maraqlısı budur ki, avtomobil idxalı artsa da, onların qiymətlərində ciddi ucuzlaşma nəzərə çarpmır. Üz tutduğumuz avtomobil salonlarından bildirirlər ki, maşın idxalının artmasına baxmayaraq, satışda durğunluq yaşanır.
İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, avtomobillərin idxalında ötən illə müqayisədə artım olsa da, ümumilikdə elə də böyük rəqəmi ifadə etmir. İdxal edilən avtomobillərin çoxu isə yeni avtomobillərdi və bu maşınların qiymətində yaxın zamanlarda ciddi ucuzlaşma gözlənilmir.
Vüqar Bayramov bildirir ki, qiymət azalması gözlənilir. Ancaq bu, yalnız köhnə avtomobillərin satışında ola bilər.
Onu da qeyd edək ki, 2013-cü ildə Azərbaycana 104 min avtomobil idxal olunub. Ancaq bu rəqəm son illər dəfələrlə azalaraq bir neçə minə qədər azalıb.
İqtisadiyyat
- Manat və lirənin məzənnəsi: Rubl bahalaşdı, avro ucuzlaşdı
- Azərbaycan nefti BAHALAŞIB
- Dollarda bahalaşma davam edir - Məzənnə rekord səviyyəyə yüksəlib
- Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Universitet və kolleclərə sənəd verənlərin sayı açıqlandı 1104 dəfə oxunub
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA 1088 dəfə oxunub
- Məktəb direktoru işdən çıxarıldı 1088 dəfə oxunub
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi 1035 dəfə oxunub
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..." 1028 dəfə oxunub