Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda daha bir yol bağlanır - Sürücülərin nəzərinə

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Binəqədi rayonu, Sulutəpə dairəsindən Bakı-Sumqayıt yoluna çıxışa qədər olan hissədə üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Mynews.az-a verilən xəbərə görə, bu məqsədlə axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılır.

Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...