Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakının bir neçə mərkəzi küçəsində hərəkət məhdudlaşdırılacaq

Bakı şəhərində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Səbail rayonu, “Azneft” dairəsi, Niyazi, İstiqlaliyyət və Lermantov küçələrində, həmçinin Neftçilər prospektinin Əziz Əliyev küçəsi - “Dalğa Plaza” arasında yerləşən hissəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Mynews.az-a verilən məlumata görə, bu məqsədlə sözügedən küçələr boyu bu axşam saat 22:00-dan səhər saatlarınadək nəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən küçələrlə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...