Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Banka dollarla olan krediti qaytara bilməyənlərə - VACİB MƏLUMAT!

Ölkədə dollarla kredit götürüb, lakin qaytara bilməyən şəxslərə qarşı hansı tədbirlər görülməlidir? Ümumiyyətlə, kreditini vaxtında ödəyə bilməyən şəxslər məhkəməyə verilməlidir, yoxsa pulun üstünə faiz gəlməlidir?

Mynews.az xəbər verir ki, bu sualların cavabını İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, iqtisadçı-ekspert Qalib Toğrul Metbuat.az-a sərh edib:

“Bu məsələ bir neçə dəfə gündəmə gətirilib. Lakin konkret bir nəticə əldə edilməyib. Hətta bir neçə qeyri-hökümət təşkilatı yığışıb cənab prezidentə müraciət etmişdik ki, 10 minə qədər olan istehlak kreditlərinə güzəşt edilməsiylə bağlı mexanizm olsun. Əfsus ki, təklif reallaşmadı. Maliyyə Nazirliyi səviyyəsində də açıqlama veildi ki, bu mövzuyla bağlı heç bir güzəşt yoxdur. Ona görə də, bu məsələ bankların öhdəçiliyinə buraxılıb. Ayrı-ayrı banklar müxtəlif yollarla bunu həll edirlər. Bəziləri müəyyən kreditlərdə güzəşt edirlər, bəziləri isə inzibati yollarla həll edirlər. Nəticədə hər bankın özünəməxsus siyasəti var. Bu məsələylə bağlı ölkə üzrə vahid siyasət yoxdur. Maliyyə Bazarlarına Nəzarət Palatası tövsiyyə edir ki, kredit götürənlərə güzəşt edilsin”.

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...