Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Devalvasiya həyəcanı! - Ekspertdən təhlükə xəbərdrlığı

"Azərbaycan manatının kursunun uzun müddət stabil qalması iqtisadiyyat üçün xoş olmayan prosesdir".

Mynews.az xəbər verir ki, bu sözləri baku.ws-ə iqtisadçı ekspert İlham Şaban deyib.

Onun sözlərinə görə, bu təcrübə vaxtilə ölkə üçün pis nəticələnib: "Martın 7-dən Azərbaycan manatının kursu dəyişmir. Valyuta bazarında manatın dollara nisbətən kursu 1.70 AZN qalmaqdadır. Əgər biz faktiki olaraq nəzər salsaq, ötən ilin aprel ayının əvvəlindən bu kurs davam edir. Təbii ki, neft gəlirlərinin artması səbəbindən manatın kursu stabil qalıb. Lakin manatın dollara nisbətən kursunun stabil qalması yaxşı əlamət deyil. Biz bu təcrübəni bir dəfə keçdik. Faktiki olaraq Azərbaycan manatının kursu 10 il ərzində stabil olaraq qaldı. Qeyri-neft sektorumuz ixracyönümlüdür. Bu zaman ölkə valyutasının stabil qalması yerli istehsalçılar üçün yaxşı heç nə vəd etmir".

Ekspert deyir ki, burada çıxış yolu yumuşaq valyuta siyasətini həyata keçirtməkdir: "Bu zaman yumuşaq inflyasiya lazımdır".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...