Ekspert: Neftin taleyi iyunda bəlli olacaq
Şist neft hasilatı qlobal bazarda “neft rallisini” dayandırıb. Bu həftə ABŞ-da quyuların sayının 13 ədəd artması neftin dünya bazar qiymətinin dünən 3 faizdən çox azalmasına səbəb olub. Artıq Brent markalı neftin 1 bareli 77 dollardan ucuz satılır.
Mynews.az-ın məlumatına görə, İqtisadçı-ekspert Vüqar Bayramov açıqlamasında bildirib ki, 2018-ci ildə ABŞ-da quyuların sayında 151 ədəd artım qeydə alınıb. Mayın 18-də ABŞ gündəlik neft hasilatını 10.7 milyon barelə çatdırıb ki, bu da okeanın o tayında “qara qızıl” istehsalının artmasından xəbər verir:
“Digər tərəfdən, Rusiya ilə Səudiyyə Ərəbistanının məhdudlaşdırılmış neft hasilatının gündəlik 1 milyon barel artırılması ilə bağlı müzakirələri də neft bazarına təsirsiz ötüşmədi. Müzakirələrin nəticəsi olaraq hansı qərarın verilməsi isə iyunun 22-də bəlli olacaq”.
Ekspertə görə, OPEK proqnozlaşdırılmayan mövcud yüksək qiymətlər fondunda bazar payının itirməkdən ehtiyatlanır. Onun fikrincə, bu baxımdan da, bazar payını qoruyub saxlamaq məqsədilə OPEK+ tərəfindən hasilat həcminə yenidən baxması istisna deyil:
“Eyni zamanda, istehlakçı ölkələrdə neftin mövcud qiymətlərindən məmnun görsənmirdilər. Yaponiyanın ərəb tərəfdaşlarına yüksək qiymətlərinin arzuolunan olmaması ilə bağlı mesajı da məhz bundan xəbər verir. Bütövlükdə, ABŞ-İran gərginliyi istisna olmaqla hazırda digər heç bir faktor neftə bazarına yüksək qiymətlər vəd etmir”.
O ki qaldı neftin bundan sonrakı bazar dəyərinə, V.Bayramov hesab edir ki, neftin qiymətində hələlik kəskin azalmalar gözlənilməsə də amma yüksək neft qiymətlərinə qayıdış inandırıcı deyil:
“Bu baxımdan neft ölkələri üçün “neft bumunun” artıq arxada qaldığını söyləmək heç də çətin deyil”.
İqtisadiyyat
- Manat və lirənin məzənnəsi: Rubl bahalaşdı, avro ucuzlaşdı
- Azərbaycan nefti BAHALAŞIB
- Dollarda bahalaşma davam edir - Məzənnə rekord səviyyəyə yüksəlib
- Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 988 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 952 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 942 dəfə oxunub