Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Ümid-Babək” blokundan hasil edilən qaz Avropaya nəql ediləcək

“Ümid-Babək” blokunun işlənməyə verildiyi 2012-ci ildən bu günə qədər iki milyard kubmetrdən çox qaz hasil edilib.

Mynews.az xəbər verir ki, bunu “Nobel Upsream” şirkətinin maliyyə direktoru Hüseyn Qasımov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Ümid” və “Babək” blokunun işlənməsinin birinci mərhələsində illik hasilat 3-4 milyard kubmetr təşkil etməsi nəzərdə tutulub:

“İlkin mərhələdə hasil olunan qazın bütün həcmləri daxili bazara veriləcək. Hazırda danışıqlar aparılır. Blokun işlənilməsi ilə bağlı dəqiq tarix məlum deyil”.

O bildib ki, blokun işlənməsinin növbəti mərhələlərində hasil edilən qaz Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına nəql edilə bilər. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...