Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Xalq Avtomobili”-nin unikal şərtlərlə satışına başlanıldı - FOTOLAR

Volkswagen Bakı Mərkəzi cümhuriyyətin yüz illik yubileyi münasibətilə unikal “Xalq Avtomobili” kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində iyun ayı ərzində avtomatik sürət qutusu ilə təchiz olunmuş Volkswagen Polo Sedan Comfortline avtomobili bazarda öz seqmentində ən sərfəli qiymətə, 25700 AZN deyil, 23500 AZN-ə təklif olunacaq. Avtomobillərin sayı məhduddur.

Volkswagen Bakı Mərkəzi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə Volkswagen Polo Sedan modelinin Comfortline komplektasiyalı avtomobillərinin inanılmaz şərtlərlə satışına start verib. Bu model daha yüksək komplektasiyaya və orta seqment üçün çox sərfəli göstəricilərə malikdir. Faktiki olaraq, mexaniki sürət qutusu ilə təchiz olunmuş modelin qiymətinə təklif olunan avtomat sürət qutusu ilə təchiz olunan Polo Sedan Comfortline öz seqmentində lider avtomobil modellərindən biridir. 23 500 AZN qiymət isə onu öz sinfində ən sərfəli edir. 

Alman avtomobilini bir sıra Asiya istehsalçılarının uyğun seqmentdəki alternativlərindən belə daha sərfəli qiymətə əldə etmək mümkün olacaq. 
Bundan əlavə olaraq, “xalq avtomobili”-ni analoqu olmayan, 5999 AZN ilkin ödəniş şərtləri ilə də əldə etmək mümkündür. Belə ki, bütün xərclər daxil olmaqla, 36 aylıq, ilkin ödənişi cəmi 5999 AZN və aylıq 737 AZN-ə 2018-ci il istehsalı Polo Sedan Comfortline avtomobilinə sahib ola biləcəksiniz.

“Xalq avtomobili” kampaniyası çərçivəsində təqdim olunan avtomobillərin sayı məhduddur və yalnız iyun ayı ərzində satılan avtomobillərə şamil olunacaq. Daha ətraflı məlumatı *7788nömrələri ilə əlaqə saxlayaraq və ya Babək pr. 35a ünvanında yerləşən avtosalona yaxınlaşaraq əldə edə bilərsiniz.

Volkswagen AG-nin Azərbaycanda yeganə rəsmi təmsilçisi «Euro Style LTD» öz innovativ xidməti və müştəri yönümlü kampaniyaları ilə daim öndə olan şirkətdir. Ötən il 20 illik yubileyini qeyd edən Volkswagen Bakı Mərkəzi müxtəlif sərfəli təklifləri, endirim kampaniyaları və verdiyi imkanları ilə daim öz müştərilərini sevindirməkdədir. Bu sırada Volkswagen Passat modelinə verilən ekslyüziv qiymət və 5 il tam pulsuz servis xidməti, rəsmi servisdə “İl boyu endirim” kampaniyası və başqa təklifləri göstərmək olar. Yüksək keyfiyyətli xidmət və hər alıcı seqmenti üçün nəzərdə tutulan avtomobillər təqdim etmək şirkətin başlıca məqsədidir.

Əlaqə telefonu:   *7788 
(+994 12) 555 77 88
www.volkswagen.az
https://www.facebook.com/VolkswagenAZ
https://www.instagram.com/volkswagen_azerbaijan/




 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...