Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda 5 bankın əmlakı satışa çıxarılır

Əmanətlərin Sığortalanması Fondu Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan QSC “Bank Standard” KB, “Texnikabank”, “Zaminbank”, “Royalbank” və “Bank of Azərbaycan” ASC-lərin balansında olan daşınar və daşınmaz əmlaklarını 63 lot üzrə satışa çıxarır.

Mynews.az-ın məlumatına görə, bu barədə Fonddan məlumat verilib.

"23 lot üzrə əmlak birinci dəfə hərraca çıxarılır, 16 lot üzrə - ikinci dəfə, 14 lot üzrə - üçüncü dəfə, 10 lot üzrə isə dördüncü dəfə hərraca çıxarılır", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, hərraclar 11 iyun, 25 iyun və 2 iyul 2018-ci il tarixlərində keçiriləcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...