"Əmək pensiyaları haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun qüvvəyə minib.
APA-nın məlumatına görə bildirir ki, qanuna dəyişikliklər Milli Məclis tərəfindən qəbul edilib.
Qanuna 98 dəyişiklik olunub.
Dəyilikliklərə əsasən, polis və hərbi qulluqçular istisna olmaqla, bütün peşə sahələri üzrə əmək pensiyasına görə yaş həddi artırılıb. Dövlət qulluqçuları üçün hazırda qüvvədə olan 15 təqvim ili 20 təqvim ilinə, prokurorlar üçün 25 təqvim ili 35 ilə, o cümlədən digər peşələr üçün də tələb olunan staj ili müvafiq olaraq 5 il qaldırılıb. Pensiya yaşı artırılaraq əmək pensiyaları üçün tələb olunan yaş hədləri ilə diferensiallaşdırılıb.
Bundan başqa, pensiyanın baza hissəsi ləğv edilib.
Beləliklə, kişilərin pensiya yaşı 4 il ərzində, qadınların pensiya yaşı 10 il ərzində 65-ə çatdırılacaq. Başqa sözlə, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər, qadınlar üçün isə 2027-ci ilə qədər pensiya yaşı hər il 6 ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılacaq.
Dəyişikliklər indiyə qədər pensiyaya çıxanlara şamil edilməyəcək.