Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rusiyaya buraxılmayan 21 ton soğanın aqibəti necə oldu? - RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Dağıstan Respublikasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin əməkdaşları Rusiya-Azərbaycan sərhədinin "Yaraq-Qazmalar” keçid məntəqəsindən saxta sənədlərlə keçirilməsi planlaşdırılan külli miqdarda tərəvəz aşkar ediblər.

Belə ki, Azərbaycandan Rusiyaya keçirilməsi planlaşdırılan 21 ton soğanın fitosanitar sertifikatı etibarsız olub. Kənd təsərrüfatı mallarının Azərbaycan Respublikasına geri qaytarılması qərarı verilib.

Sözügedən məsələ ilə bağlı  Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev unikal.org-a açıqlama verib. 

Bildirib ki, 21 ton soğan məhsulunun fitosanitar sertifikatında istehsal yeri ilə bağlı məlumatlar tam əks olunmadığı iddia edilərək, sərhəd-keçid məntəqəsində saxlanılıb: "İstehsal yeri ilə bağlı məlumatlar Rusiya tərəfinə təqdim edildikdən sonra yük sərhəddi keçib".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...