Energetika naziri Pərviz Şahbazova yeni vəzifə verildi
-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin sədrliyi ilə “Azərbaycan Milli Neft Komitəsi” İctimai Birliyinin növbəti iclası keçirilib.
İctimai Birlikdən Mynews.az-a verilən məlumata görə, iclasda “Azərbaycan Milli Neft Komitəsi”nin yeni sədri, İdarə heyətinin 19 nəfərdən ibarət tərkibi seçilib.
“Azərbaycan Milli Neft Komitəsi”nin yeni sədri energetika naziri Pərviz Şahbazov seçilib.
“Azərbaycan Milli Neft Komitəsi” 2005-ci ildə təsis edilib və həmin il Yohanezburqda keçirilən Konqresdə Dünya Neft Şurasına (WPC) üzv seçilib. Hər üç ildən bir keçirilən Dünya Neft Konqresinin əsas təşkilatçısı 1933-cü ildə yaradılmış Dünya Neft Şurasıdır. Konqres neft və qaz sənayesi üzrə mühüm məsələlərin müzakirə olunduğu və vacib qərarların qəbul edildiyi beynəlxalq platformadır. Bitərəf və qeyri-siyasi qurum olan Dünya Neft Şurası bu sahədə elmi yeniliklərin tətbiqi, texnologiya və informasiya mübadiləsi, dünyanın neft ehtiyatlarından davamlı və hamının rifahına xidmət edəcək şəkildə istifadə olunması istiqamətlərində fəaliyyət göstərir. Altmış beş üzv ölkəni birləşdirən Dünya Neft Şurası dünyada neft-qaz istehsalçıları və istehlakçılarının 96 faizini əhatə edir. Hazırda Dünya Neft Şurasının İcraiyyə Komitəsinin prezidenti Norveçli Tor Fjaerandır.
İqtisadiyyat
- Manat və lirənin məzənnəsi: Rubl bahalaşdı, avro ucuzlaşdı
- Azərbaycan nefti BAHALAŞIB
- Dollarda bahalaşma davam edir - Məzənnə rekord səviyyəyə yüksəlib
- Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 595 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 582 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 574 dəfə oxunub