İtaliyanın yeni hökuməti TAP-a qarşı
İtaliyada "5 Ulduz" partiyası və "Şimal liqası" hərəkatı tərəfindən formalaşdırılan yeni koalision hökumət Azərbaycan qazının Avropa bazarlarına nəqli üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizinin bir hissəsi olan Transadriatik Qaz Kəməri (TAP) layihəsinə yenidən baxacağını elan edib.
Mynews.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə yeni kabinetin ətraf mühit naziri Serjio Kosta bəyan edib. Nazir TAP layihəsini "mənasız və İtaliya üçün gərəksiz" adlandırıb (virtualaz.org). O bildirib ki, İtaliyanın TAP kəməri layihəsində iştirakı "bəzi digər iri layihələrlə birlikdə" yenidən nəzərdən keçiriləcək.
"TAP masa üzərindədir və biz onu prioritet kimi nəzərdən keçiririk..." - illərdir İtaliyada bu qaz boru kəmərinin çəkilməsinə qarşı etirazların, sabotajların təşkilatçısı olan "5 Ulduz" hərəkatını təmsil edən ətraf mühit naziri bildirib.
"Biz energetika siyasətimizi, qaza olan tələbatımızı nəzərə alaraq TAP layihəsini hazırda tamamilə mənasız hesab edirik" - Kosta deputatların ona həftənin əvvəllərində ünvanlanmış sorğularına yazılı cavabında vurğulayıb.
Qeyd edək ki, TAP layihəsinin ümumi dəyəri 4.5 milyard avrodur, bu layihə cəmi 40 milyard dollara başa gəlməli olan Cənub Qaz Dəhlizinin bir hissəsidir.
Agentlik TAP konsorsiumundan İtaliyanın yeni hökumətinin bəyanatı ilə bağlı şərh ala bilməyib.
Məlumata görə, ətraf mühit naziri Kosta bildirib ki, TAP kəmərinin əsaslandırılması tamamilə yenidən nəzərdən keçiriləcək. Bu bəyanat kəmərin keçdiyi cənub regionlarının qubernatorlarının son bəyanatları ilə uzlaşır. Apuliya bölgəsinin qubernatoru bu günlərdə TAP layihəsinin marşrutunun dəyişdirilməsi məsələsini yenidən qaldırıb.
İtaliyanın cənubundakı yerli hökumətin "5 Ulduz" hərəkatından olan naziri Barbara Lezzi də iki gün əvvəl "Reuters"ə bildirib ki, onun partiyası TAP kəmərinin "gərəksiz ekoloji təhlükə yaratdığını" düşünür və bu kəməri İtaliya üçün gərəksiz hesab edir. Çünki İtaliyanın kifayət qədər yetərli qaz potensialı var.
TAP konsorsiumu isə bundan əvvəl bəyan edib ki, kəmərin İtaliya hissəsinin marşrutunun dəyişdirilməsi layihəni 4-5 il geri sala bilər. Kəmərin İtaliya hissəsinin tikintisinin 2020-ci ildə başa çatması və həmin il TANAP kəməri ilə nəql olunacaq qazın ildə 10 milyard kubmetrinin bu kəmərlə Avropaya nəqlinin başlaması planlaşdırılırdı. Lakin belə görünür ki, İtaliyadakı yeni hökumət kəmərin çəkilməsini ləngitməyi qarşıya məqsəd qoyub.
Azərbaycan strateji əhəmiyyətli layihəsi önündə yaranan maneəni necə dəf edə bilər? İtaliyanın yeni hökumətinin təzyiqi ilə TAP-ın marşrutunun dəyişməsi mümkündürmü? Sualları cavablandıran iqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, TAP Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsidir:
"İtaliyada hazırda hökumət böhranı yaşanır. Yeni formalaşan hökumətin möhkəmlənmək üçün populist bəyanatlar verməsi gözləniləndir. Bu bəyanatlar bir çox hallarda siyasi xarakter daşıyır və onların reallaşıb-reallaşmayacağını söyləmək mümkün deyil. Bütün bəyanatlara rəğmən, TAP-ın marşrutuna dəyişiklik olunacağını gözləmirəm".
Ekspertin sözlərinə görə, Azərbaycan bu məsələ ilə bağlı Avropa Komissiyası və İtaliya hökuməti ilə danışıqları davam etdirməlidir:
"Avropa İttifaqı, Avropa strukturları bu layihəyə həmişə dəstək veriblər. Buna görə də Azərbaycan Avropa Komissiyasının də dəstəyindən istifadə etməklə İtaliya hökuməti ilə danışıqları intensivləşdirməlidir. Burada həm də lobbiçilik fəaliyyətinin gücləndirilməsinə ehtiyac var. Çünki kəmərin marşrutunun dəyişməsi ilk qazın Avropa bazarına çatması tarixini yubada bilər. Bu isə layihədə iştirak edən heç bir tərəfə sərf etmir".
İqtisadiyyat
- Manat və lirənin məzənnəsi: Rubl bahalaşdı, avro ucuzlaşdı
- Azərbaycan nefti BAHALAŞIB
- Dollarda bahalaşma davam edir - Məzənnə rekord səviyyəyə yüksəlib
- Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 981 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 952 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 942 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 941 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 939 dəfə oxunub