İnam Kərimov nazirlikdə yeni şöbə yaratdı - Öz kadrını rəhbər etdi
Kənd Təsərrüfatı Nazirliyində aparılan struktur dəyişikliyi nəticəsində fermerlərlə daha da yaxın təmasın qurulması, onların problemlərini və çağırışlarını qarşılamaq üçün yeni Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsi yaradılıb.
Femida.az Oxu.az-a istinadən xəbər verir ki, nazir İnam Kərimovun əmri ilə İsmayılov Araz Aqşin oğlu yeni yaradılmış şöbəyə rəhbər təyin edilib.
Qeyd edək ki, A.İsmayılov bundan əvvəl 3 saylı Bakı "ASAN xidmət” mərkəzində məsləhətçi (2014-2016), daha sonra isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış "ABAD” publik hüquqi şəxsdə Layihələrin idarə edilməsi, logistika və keyfiyyətə nəzarət departamentinin rəhbəri vəzifəsində çalışıb.
İqtisadiyyat
- Manat və lirənin məzənnəsi: Rubl bahalaşdı, avro ucuzlaşdı
- Azərbaycan nefti BAHALAŞIB
- Dollarda bahalaşma davam edir - Məzənnə rekord səviyyəyə yüksəlib
- Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 944 dəfə oxunub
- Emin Ağalarov söz verdi 941 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 941 dəfə oxunub