Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sığorta sektorunda inzibatçılıq sərtləşdiriləcək

Maliyyə aktivlərində sığortanın payı 2 faizdən yuxarı arta bilmir. Ümumilikdə ötən ilin sonuna sığorta aktivləri 1,76 milyard manat, bu ilin beş ayı üzrə isə 1,114 milyard manat təşkil edib.

Mynews.az xəbər verir ki, bunu Bakıda keçirilən beynəlxalq sığorta konfransında Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) baş icraçı direktoru İbrahim Alışov deyib. 

Onun sözlərinə görə, qarşıdakı illərdə qeyri-neft sektoru ÜDM-də sığortanın payının 8%-ə çatdırılması hədəflənib.

İ.Alışov deyib ki, sığorta sektorunda dalğalanmanın qarşısını almaq üçün müvəqqəti olaraq inzibatçılıq sərtləşdiriləcək: 

“Çalışırıq ki, sığorta sektorunda hesabatlılıq beynəlxalq IFA sisteminə uyğunlaşdırılsın”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...