Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan ət idxalını azaldıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 27 mln. 54,78 min dollar dəyərində 18 450,52 ton ət idxal edib.

Bu barədə Mynews.az Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin 5 ilə müqayisədə 1 mln. 514,02 ton və ya 7,58% azdır. Məbləğ baxımından isə illik nisbətdə 2 mln. 392,12 min dollar və ya 8,12% azdır

Qeyd edək ki, 2017-ci ilin yanvar-may aylarında Azərbaycana xarici ölkələrdən 29 mln. 446,90 min dollar dəyərində 19 964,54 ton ət idxal edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-may aylarında ət məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 0,7%-ni təşkil edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...