Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dövlət büdcəsində düzəlişlər nəyə yönəlib? - ŞƏRH

Neftin yay dövrü üçün qiymətlərinə görə büdcədə düzəlişlərin edilməsi Azərbaycan üçün nadir hadisə deyil. Əlbəttə, düzəlişlərin yüksək neft qiymətlərinə görə edilməsi xoşdur.

Mynews.az-ın məlumatına görə, bu sözləri açıqlamasında iqtisadi analitik Fuad Əlizadə 2018-ci ildə dövlət büdcəsində dəyişiklik layihəsinin müzakirəsini şərh edərkən deyib. 

“Büdcənin gəlir hissəsinin və qiymətlərin tənzimlənməsini mühafizəkar siyasət tədbirlərinə aid etmək olar, çünki artıq 2018-ci ildə bir barel neftin 60 dollardan yuxarı olacağı aydındır”, - ekspert bildirib. 

Onun sözlərinə görə, büdcənin xərclər hissəsinin artırılması ölkəmizin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsinə və bir sıra mühüm strateji layihələrə yönələcək. 

Qeyd edək ki, bu ilin dövlət büdcəsində xərclərin 2 milyard 14 milyon manat artırılaraq, 23 milyard 61 milyon manata çatdırılması, eləcə də, büdcədə neftin qiymətinin 55 dollardan götürülməsi nəzərdə tutulur. (oxu.az)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...