Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu gün Bakının və Abşeronun bu yerlərində su kəsiləcək

Gün ərzində Ceyranbatan, Saray, Masazır, Biləcəri və Binəqədi qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu" ASC-dən Mynews.az-a verilən məlumata görə, məhdudiyyət Bakıətrafı kənd və qəsəbələrdə su təchizatı sistemlərinin yenidən qurulması layihələri çərçivəsində yeni tikilmiş su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədardır.

İstehlakçılardan əvvəlcədən su ehtiyatı toplamaları xahiş olunur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...