Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

TANAP üzrə ilk kommersiya qazının tədarük olunacağı vaxt açıqlanıb

Növbəti həftə “Şahdəniz 2” layihəsi çərçivəsində ilk kommersiya qazının tədarükünün şahidi olacağıq.

Mynews.az xəbər verir ki, bunu 27-ci Ümumdünya Qaz Konfransı çərçivəsində BP-nin Vaşinqtondakı mənzil qərargahında Cənub Qaz Dəhlizinə həsr olunan tədbirdə BP-nin baş icraçı direktoru Bob Dadli deyib.

Xatırladaq ki, “Şahdəniz 2” layihəsi çərçivəsində Azərbaycan təbii qazının Türkiyə və Avropa bazarına çıxışı təmin edəcək Trans-Anadolu qaz kəmərinin (TANAP) açılışı iyunun 12-də baş tutub. TANAP üzrə ilk qaz iyunun 30-da ötürüləcəyi açıqlanıb. İlin sonuna qədər kəmər vasitəsilə 1 milyard kubmetr qaz ixrac olunacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...