Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Standartlara uyğun olmayan yerlərdə heyvan kəsimi yığışdırılacaq

Küçə və meydanlarda heç bir ekspertiza olmadan heyvan kəsimi icra olunursa, bu, insanların sağlamlığı üçün təhlükə mənbəyidir.

Mynews.az xəbər verir ki, bu sözləri Qida Təhlükəsizliyi Agentliyinin sədriQoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib. 

O bildirib ki, heyvanın daşınma qaydaları düzgün həyata keçirilməzsə, onun bədənində ifraz olunan xüsusi maddələr ətin yararsızlığına səbəb olur.

“Hazırda məsələ ilə bağlı yerli icra orqanları və Daxili İşlər Nazirliyinin müvafiq şöbələri ilə danışıqlar aparılır. İki ay ərzində ölkə başçısına islahatlar paketini təqdim edəcəyik.

Yaxın vaxtlarda Azərbaycan ərazisində standartlara cavab verməyən yerlərdə heyvan kəsimi və ət satışı yığışdırılacaq”, - agentliyin sədri qeyd edib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...