Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Deputat: Azərbaycanda valyuta ehtiyatları artıb

İyunun 29-da Milli Məclisin (MM) son - növbədənkənar iclası öz işinə başlayıb.

Mynews.az xəbər verir ki, son iclasın gündəliyinə 39 məsələ salınsa da, məsələlərin sayı 40-a çatdırılıb. 

Bu barədə spiker Oqtay Əsədov parlamentdə çıxışında qeyd edib və deyib ki, son sənəd dövlət rüsumu ilə bağlı qanunvericiliyə dəyişikliyi nəzərdə tutan qanun layihəsidir.

O bildirib ki, iclasda büdcə dəyişiklikləri ilə bağlı məsələ də müzakirəyə çıxarılacaq. 

Qeyd edək ki, iclasda büdcənin müzakirəsində Maliyyə, İqtisadiyyat, Vergilər nazirliklərinin, Dövlət Gömrük Komitəsinin təmsilçiləri, o cümlədən, maliyyə naziri samir Şərifov iştirak edirlər.

Sonra MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədriZiyad Səmədzadə büdcə dəyişikliklərilə bağlı məlumat verib. 

O qeyd edib ki, son bir ildə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb.

“Bu, dünya miqyasında analoqu olmayan bir göstəricidir”.

Komitə sədrinin sözlərinə görə, Azərbaycanın valyuta ehtiyatları artıb və bu artım Ümumi Daxili Məhsulla (ÜDM) eynilik təşkil edir.

Z.Səmədzadə bildirib ki, ölkədə maliyyə strukturları, Mərkəzi Bankla digər iqtisadi qurumlar arasında daim koordinasiyanın, əməkdaşlığın qorunub-saxlanılmasına çalışmaq lazımdır:

“Əgər bu olarsa, ölkənin bank-maliyyə sektoru daha da inkişaf edər”.

Qeyd edək ki, son dəyişikliklərdən sonra Azərbaycanın dövlət büdcəsi iki milyard manatdan çox artırılaraq, 23 milyarda çatdırılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...