Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ölkədə istehsal olunan məhsullar beynəlxalq ekspertizaya göndəriləcək

İyulun 1-dən etibarən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə dövlət nəzarətini həyata keçirəcək. Qida məhsullarının dövlət qeydiyyatının reyestrinin aparılması “ASAN xidmət”in müvafiq şöbələrində icra olunacaq

Mynews.az xəbər verir ki, bu məlumatı Qida Təhlükəsizliyi Agentliyinin sədriQoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib.

“Azərbaycanda bu günə qədər proses həyata keçirilmirdi. Sahibkarlar bu günə qədər gigiyenik sertifikatlar əldə edərək işlərini görürdülər. Lakin artıq həmin gigiyenik sertifikatlar ləğv edilib. Bu beynəlxalq standartların tələblərinə uyğun qaydadır”.

O bildirib ki, sahibkarlara ixrac etdikləri məhsullara görə qida təhlükəsizliyi sertifikatı veriləcək:

“Bu, beynəlxalq konvensiyalara uyğun şəkildə icra olunacaq. Dövlət rüsumları da müəyyənləşdirilib və təsdiqlənib”.

Qoşqar Təhməzli qeyd edib ki, müəssisələrdə istehsal olunan məhsullar beynəlxalq ekspertizaya cəlb olunacaq:

“Bu da risk qrupuna görə dəyərləndiriləcək. Ekspertlər məhsulu risk qrupuna görə qiymətləndirib laboratoriyaya göndərəcək. İyulun 1-dən etibarən Kənd Təsərrüfatı Nazirliyi baytarlıq sahəsində vaksinasiya işlərini həyata keçirəcək. Eyni zamanda, bitkilərdə bağlı dərmanlama işlərinə başlanılacaq”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...