Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Əmlakın addan ada keçirilməsinə görə rüsum artırılır

Milli Məclis “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edib.

Mynews.az xəbər verir ki, dəyişikliklərin daşınmaz əmlakın addan ada keçirilməsinə aid hissəsində bu sahədə tətbiq olunan rüsumların artırılması nəzərdə tutulur. 

Layihəyə əsasən, müqavilə üzrə əmlak başqa şəxslərin mülkiyyətinə keçirsə, rüsum 200 manatdan 250 manatadək artırılır. 

Dövlət rüsumu Bakı şəhəri üzrə 100 faiz, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə 70 faiz, digər regionlar üzrə isə 50 faiz məbləğində ödənilir.

Qanun layihəsinin məqsədi daşınmaz əmlakın özgəninkiləşdirilməsi üzrə müqavilələrin təsdiqi üçün rüsumların regionların iqtisadi aktivliyinə uyğun olaraq diferensiallaşdırılmasıdır.

Qeyd edək ki, qüvvədə olan qanuna görə, Bakı şəhəri üzrə rüsum 200 manat, digər şəhər və rayonlar üzrə isə 80 manatdır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...