Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Türkiyə və Azərbaycan arasında aviareyslər 3 dəfə artırıldı

Türkiyə ilə şəhərlərarası sərnişin aviareyslərinin sayı 3 dəfə artırılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Mynews.az-a verilən xəbərə görə, Dövlət Mülki Aviasiya Agentliyi ilə Türkiyə Respublikasının Mülki Aviasiya Baş Direktorluğunun nümayəndə heyətləri arasında görüş keçirilib.

Görüş zamanı iki qardaş ölkə arasında hava əlaqəsinin liberallaşdırılması məsələsi müzakirə edilib.

Aparılmış danışıqlar nəticəsində tərəflərin ərazisindəki şəhərlərarası sərnişin reyslərinin sayı təxminən 3 dəfə (həftədə 45 reysdən 127 reysədək) artırılıb.

Uçuş hüququ Azərbaycan Respublikasının və Türkiyə Respublikasının bütün aviaşirkətlərinə şamil ediləcək.

Bundan əlavə, tərəflər “Hava əlaqəsi haqqında” yeni Saziş layihəsinin müzakirəsinə başlamaq barədə razılığa gəliblər.

Həmin Saziş imzalandıqdan sonra qüvvədə olan 1992-ci il 2 may tarixli “Hava Nəqliyyatı haqqında Hökumətlərarası Saziş”i əvəz etməlidir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...