Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İqtisadiyyat naziri Cocuq Mərcanlıya gedir

İqtisadiyyat naziri Şahin Mustafayev iyulun 27-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Füzuli, Cəbrayıl və Beyləqan rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirlikdən Mynews.az-a verilən məlumata görə, vətəndaşların qəbulu saat 12:30-dan etibarən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 13 saylı xüsusi təyinatlı Yol İstismarı İdarəsinin inzibati binasında (ünvan: Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...