Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sosial mənzillər yenidən satışa çıxarılacaq

“Güzəştli mənzil” sistemi vasitəsilə mənzillərin seçimi zamanı bərabər şəraitin yaradılması, şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) aidiyyəti şirkət və qurumlarla birlikdə yaranmış nasazlıqları aradan qaldıraraq sistemin fəaliyyətinin təkmilləşdirilməsini həyata keçirib.

Agentliyin açıqlamasına görə, elektron imzanın “Güzəştli mənzil” sistemində fəaliyyətin dayanıqlığının artırılması istiqamətində sınaqlar aparılıb. Aparılan işlər artıq başa çatdırılmaq üzrədir. Qısa müddətdə güzəştli mənzillərin yenidən satışı ilə bağlı elan veriləcək.

Mynews.az-ın məlumatına görə, İqtisadçı-ekspert Vüqar Bayramov Oxu.Az-a açıqlamasında bildirdi ki, yaxın zamanda sosial mənzillərin yenidən satışını həyata keçirmək mümkün olacaq.

Mənzillərə müraciət mexanizmi və qiymətlərin dəyişmədiyini vurğulayan ekspert deyir ki, yenə də ilk seçim edənlər mənzilə sahib olacaq:

“Qiymətlərə gəldikdə isə, ƏDV daxil olmaqla, bir otaqlı mənzillərin qiyməti 29 925 manatdan, iki otaqlı mənzillərin qiyməti 47 282 manatdan, üç otaqlı mənzillərin qiyməti 65 626 manatdan başlayacaq.

Sosial ipoteka krediti hesabına mənzil alan zaman aylıq ödənişlər bir otaqlı mənzil üçün 129-136 manat, iki otaqlı mənzil üçün 203-236 manat, üç otaqlı mənzillər üçün isə 282-288 manat olacaq”. 

Mənzillərin sahələrinə gəldikdə, V.Bayramov deyir ki, xarici perimetr üzrə bir otaqlı mənzillər təxminən 40 kv.metr, iki otaqlı mənzillər 70 kv.metrədək, üç otaqlı mənzillər isə 84 kv.metrədək olacaq.

Orta hesabla bir kvadratmetr mənzilin qiyməti 748 manatdır. Mənzillər təmirlidir və mətbəx mebeli ilə təmin ediliblər. Mənzillər mərhələli şəkildə satışa çıxarılacaq. Bütövlükdə, Yasamalda iki minə yaxın sosial mənzilin satışı nəzərdə tutulub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...