Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan meyvələri Rusiyaya buraxılmadı

Azərbaycandan Rusiyaya idxal edilən 73 tona yaxın meyvə Dağıstanla sərhəddə saxlanılıb. Buna səbəb həmin meyvələrdə qurd aşkar edilməsidir.

Mynews.az xəbər verir ki, “Yaraq-Qazmalar” buraxılış məntəqəsində dörd partiya malda aparılan sanitar-karantin yoxlaması zamanı meyvələrdə qurd aşkar edilib.

Laborator yoxlamalar zamanı digər məhsullarda da oxşar hal müşahidə edilib. Nəticədə 73 tona yaxın armud, gavalı, şaftalının Rusiyaya idxalına qadağa qoyulub. Məhsulların idxal və karantin qaydalarının pozulmasına görə Rusiya Federasiyası tərəfindən protokol tərtib edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...