Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanın iştirakı ilə “Super-OPEC”: Neft bazarını nə gözləyir?

Bu günlərdə Rusiyanın energetika naziri Aleksandr Novak sensasiyalı xəbərin anonsunu verdi. Dünya enerji bazarında”Super-OPEC” adlı yeni nüfuzlu qurum fəaliyyətə başlayacaq. 

“Moskovskiy Komsomolets” nəşrinin məlumatına görə, hazırda təşkilatının tərkibi və baş qərargahının yeri ilə bağlı işlər gedir. OPEC və Rusiyadan əlavə, bu təşkilata Azərbaycan, Qazaxıstan, Meksika və Braziliyanın da qoşulması təklif edilir.

Yeni kartelin dünyadakı xammal sektoruna təsiri daha aydın olacaq: təşkilat enerji qiymətlərində əhəmiyyətli artımı təmin edə və ya spontal olaraq onları azalda bilər. 

Mynews.az məsələ ilə bağlı Rusiyanın aparıcı iqtisadi analitiki, “Delovaya Rossiya” ictimai təşkilatının eksperti Dmitri Qolubovskiyə müraciət edib. 

Onun sözlərinə görə, yeni kartelin simasında bazarın böyük hissəsini əhatə edən OPEC+ sazişinin təsbit olunması gələcəkdə neft qiymətlərinin sabitliyi üçün müsbət təsir göstərə və razılaşmanın formal olaraq fəaliyyətini dayandıracağı ilə bağlı təhlükənin qarşısını ala biləcək. 

O qeyd edib ki, yeni karteldə aparıcı rolu ərəb monarxiyası və Rusiya tutacaq. 

“Son illər bazara nəzarət sahəsində onlar öz əməkdaşlıq qabiliyyətlərini göstəriblər. Ancaq bir çətinlik də var ki, karteldə iştirakçıların sayının artması intizama mənfi təsir göstərəcək. İntizam məsələsi OPEC-in köhnə formatını da axsatdı, genişləndirilmiş formatda bütün iştirakçılara kvota tətbiq olunur və qərarların icrasına çalışmaq çox çətin olacaq. 

Eyni zamanda, OPEC+ razılaşması uğurlu oldu. Ona görə də bazarın idarə edilməsində mümkün çətinliklər nəzarətdən daha vacib faktordur”, - müsahibimiz qeyd edib. 

O əlavə edib ki, neft bazarı iştirakçılar üçün daha aydın, ancaq eyni zamanda, daha siyasiləşmiş olacaq. 

“Və sonuncu: ABŞ “superkartel”in yaradılmasını çağırış kimi qəbul edə bilər. Bundan əvvəl də ABŞ OPEC üzvlərinə qarşı antiinhisar qanunvericiliyinin normalarını qəbul etdirməyə çalışırdı. Əgər kartel qiymətlərə güclü təsir göstərsə, onun ABŞ-la ciddi problemləri ola bilər”, – Qolubovski deyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...