Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırılacaq

Bakı-Sumqayıt yolunun Xırdalan dairəsinin altından keçən avtomobil tunelində baş vermiş avtomobil qəzası nəticəsində ayırıcı zolaqda yerləşən təhlükəsizlik sədləri yararsız vəziyyətə düşərək nəqliyyatın hərəkətində çətinliklər yaradıb.

Mynews.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, bu gün saat 11:00-dan başlayaraq təhlükəsizlik sədləri təmir ediləcək. Yolun iş gedən zolaqları həm Bakı, həm də Sumqayıt şəhəri istiqamətində tam məhdudlaşdırılacaq, digər zolaqlarda isə hərəkət davam edəcək. İşlər, təxminən, 3-4 saat müddətində yekunlaşdırılacaq. 

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...