Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İran Mərkəzi Bankının rəhbərləri dəyişdi

İran hökuməti Mərkəzi Bankın sədrinin müavini və valyuta bazarına məsul olan Əhməd Araqçının həbsi ilə bağlı məlumat yayıb. 

Mynews.az Oxu.Az-a istinadla xəbər verir ki, onunla yanaşı, məmurlardan biri və dörd iri valyuta brokeri həbs edilib. 

İran xarici işlər nazirinin müavinin qardaşı oğlu olan Araqçı milli valyuta böhranında ittiham edilir. 

Paralel olaraq, İran hökuməti rialın məzənnəsinin düşməsinə səbəb olan, apreldən tətbiq olunan sabit valyuta ilə əməliyyatlar aparmaq qadağasını ləğv edib.

Ötən həftə Mərkəzi Bankın sədri Valiulla Sayif istefaya göndərilib. Onu sığorta idarəsinin sabiq direktoru Abdulnaser Xemati əvəz edib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...