Bakıda ərzaq, içki və tütün bahalaşıb
2018-ci ilin yanvar-iyun aylarında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2,8 faiz artaraq, 9 mlrd. 505 mln. 800 min manat olub.
Mynews.az Bakı Statistika İdarəsinə istinadən xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz artaraq, 4 mlrd. 359 mln. 800 min manat, qeyri-ərzaq məhsullarının həcmi isə 3,5 faiz artaraq, 5 mlrd. 146 mln. manat təşkil edib.
İstehlak məhsullarının 23,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 63,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 19 mln. 800 min manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 12,9 faiz az istehlak məhsulları satılıb. Satışın bu növü vasitəsilə qeyri-ərzaq məhsulları realizə olunub.
İqtisadiyyat
- Manat və lirənin məzənnəsi: Rubl bahalaşdı, avro ucuzlaşdı
- Azərbaycan nefti BAHALAŞIB
- Dollarda bahalaşma davam edir - Məzənnə rekord səviyyəyə yüksəlib
- Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 989 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 964 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 953 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 952 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 949 dəfə oxunub