Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

DİQQƏT! Bağlanan bankların maşınları satışa çaxarılır

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan “Bank Standard” QSC, “Texnika Bank”, “Atra Bank”, “Kredo Bank”, “Bank of Azerbaijan” və “Royal Bank” ASC-lərin balansındakı daşınar və daşınmaz əmlakı 29 lot üzrə satışa çıxarır.

Fonddan Mynews.az-a verilən xəbərə görə, 20 lot üzrə əmlak 1-ci dəfə, 9 lot üzrə əmlak isə 4-cü dəfə hərraca çıxarılır. 

Sentyabrın 3-də keçiriləcək hərracda investorlara 8 ədəd bankomat, 2 ədəd generator, 9 ədəd inkasator maşını, Bakıda 1 ədəd qeyri-yaşayış sahəsi, 1 ədəd minik avtomobili, 6 lot üzrə komptyter və rabitə avadanlığı, 1 lot üzrə mebel və texniki avadanlıq, 1 lot üzrə 60 ədəd POS-terminal təklif ediləcək. 

Hərrac açıq formada Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, 156(20A), 1933-cü məhəllə ünvanında olacaq.

Xatırladaq ki, ADIF indiyə qədər hərraclarda ləvedicisi olduğu “Bank Standard” QSC, “Texnika Bank”, “Bank of Azerbaijan”, “Zamin Bank”, “Deka Bank" və “Royal Bank” ASC-lərə məxsus 17 ədəd avtomobil, 5 ədəd bankomat, pul sayan və pul presləyən avadanlıqlar, 4 lot üzrə 340 ədəd mebel və texniki avadanlıq, generator, Bakıda fərdi evi, Qubada qeyri-yaşayış sahəsi, İsmayıllıda isə torpaq sahəsi satıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...