Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Moody’s” Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozunu açıqladı

“Moody’s” agentliyi Azərbaycan iqtisadiyyatının 2018-ci ildə 1,5 faiz artacağını açıqlayıb. 

Mynews.a agentliyə istinadən xəbər verir ki, 2019-cu ildə bu rəqəmin 3 faiz təşkil edəcəyi proqnozlaşdırılır.

“2017-ci ildə neft qiyməti orta hesabla 54 dollar səviyyəsində olub. 2016-cı ildə bu rəqəm 44 dollar təşkil edib. Milli valyutanın sabitliyi və inflyasiyanın azalması Azərbaycan iqtisadiyyatının tədricən bərpa olunmasına gətirib çıxarıb.

Proqnozlarımıza görə, 2018-ci ildə Azərbaycanda ümumi daxili məhsulun artımı 1,5 faiz, 2019-cu ildə 3 faiz təşkil edəcək. Bu, neft məhsullarının qiymətinin yüksəlməsi və Azərbaycan məhsullarının ixracının artması ilə bağlıdır”, - deyə agentliyin hesabatında qeyd edilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...