Ölkədə maaşlar artıb - STATİSTİKA
Ötən ayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq, 1 mln. 546 min 200 nəfər olub.
Statistika Komitəsindən Mynews.az-a verilən məlumata görə, onlardan 885 min 700 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 660 min 500 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir.
Hesabat dövrünə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,7 faiz artaraq, 541,1 manat olub.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də, tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
İqtisadiyyat
- Manat və lirənin məzənnəsi: Rubl bahalaşdı, avro ucuzlaşdı
- Azərbaycan nefti BAHALAŞIB
- Dollarda bahalaşma davam edir - Məzənnə rekord səviyyəyə yüksəlib
- Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 969 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 937 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 928 dəfə oxunub