Bu günlərdə Azərbaycanda benzinin qiyməti artacaq
Azərbaycana idxal olunan “Premium Euro-95” markalı avtomobil benzininin bir litri 1.25 AZN-ə (0.74 ABŞ dolları) satılsa da, onun hər litri hazırda orta hesabla, təxminən, 1.35-1.4 AZN-ə başa gəlir.
Mynews.az baku.ws-ə istinadən xəbər verir ki, “Super Euro-98” markalı avtomobil benzinin pərakəndə satış qiyməti hər litr üçün 1.5 AZN (0.88 ABŞ dolları) təşkil edir.
Təcrübə onu göstərir ki, belə bir vəziyyətdə ölkəyə gətirilən və dəyərindən baha başa gələn məhsulların satış qiymətləri bahalaşır.
Digər bir maraqlı məqama da diqqət yetirək.
Artıq 4-5 gündür ki, SOCAR və “Azpetrol” yanacaqdoldurma məntəqələrindən başqa, digər stansiyalarda “Premium Euro-95” və “Super Euro-98” markalı avtomobil benzini tapılmır.
Bu da ölkəyə idxal edilən “Premium Euro-95” və “Super Euro-98” markalı benzinin qiymətinin bahalaşacağını deməyə əsas verir.
Qiymət artımının bu günlərdə reallaşacağı gözlənilir.
Qeyd edək ki, ötən gün bununla bağlı “report” agentliyi araşdırma aparıb.
Agentlik sonda Azərbaycanla digər ölkələr arasında maraqlı müqayisə aparıb. Müqayisə üçün bildirilib ki, qonşu ölkələrdən Gürcüstanda 95 oktanlı avtomobil benzinin satış qiyməti 1.03 ABŞ dolları, yəni 1.75 AZN, 98 oktanlı benzinin satış qiyməti 1.07 ABŞ dolları, yəni 1.82 AZN, Türkiyədə isə müvafiq olaraq, 1.14 ABŞ dolları, yəni 1.94 AZN və 1.18 ABŞ dolları, 2.0 AZN təşkil edir.
İqtisadiyyat
- Manat və lirənin məzənnəsi: Rubl bahalaşdı, avro ucuzlaşdı
- Azərbaycan nefti BAHALAŞIB
- Dollarda bahalaşma davam edir - Məzənnə rekord səviyyəyə yüksəlib
- Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 959 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 918 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 910 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 909 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 906 dəfə oxunub