Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İran Azərbaycan və Ermənistanla danışıqlara başladı

Rəsmi Tehran Rusiyaya elektrik enerjisi ixracına başlamaq üçün Azərbaycan və Ermənistanla danışıqlara start verib.

Mynews.az TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi İRNA agentliyinə İranın energetika naziri Reza Ardakaniyan bildirib.

“Biz İran-Ermənistan və İran-Azərbaycan cütlükləri ilə Rusiyaya elektrik enerjisi ixracatı imkanları haqqında danışıqlara başladıq”, - deyə Ardakaniyan bildirib.

O qeyd edib ki, “bu gün Avropa enerji şəbəkələrinə qoşulmaq İran üçün vacib tapşırıqdır və Tehranın bu ideyanı reallaşdırmaq üçün bir neçə variantı var”.

“Onlardan biri şimal qonşularımızın ərazisindən Avropanın enerji şəbəkələrinə qoşulmaqdır”, - deyə nazir vurğulayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...