Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Türkiyəli nazir: TANAP rekord müddətdə istifadəyə verilib

Azərbaycan, Türkiyə və Gürcüstan bütün dünyaya bölgə əhalisinin rifahı üçün Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) kimi böyük layihə həyata keçirə biləcəyini nümayiş etdirdi.

Mynews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar bəyan edib. 

O qeyd edib ki, TANAP layihəsinin icrası vaxtında başa çatdırılıb, bu da rekord hesab edilə bilər.

“TANAP Türkiyənin enerji təhlükəsizliyini gücləndirəcək. Eləcə də, enerji mənbələrinin diversifikasiyasını təmin edəcək.

Layihənin realizasiyası sayəsində Azərbaycan qazı ilk dəfə Avropa bazarına çıxarılacaq. Bundan əlavə, Türkiyənin regiondakı strateji rolunu gücləndirəcək.

TANAP-ın payına Türkiyəyə ümumi qaz idxalının 10%-i düşəcək. Bu da qaz təchizatının diversifikasiyası baxımından vacibdir”, - deyə Bayraqdar qeyd edib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...