Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İran neftin qiymətində endirim edəcək

İran neft bazarındakı tələbi və digər ixracatçıların qiymət endirimlərini nəzərə alaraq, qiymətləri aşağı salmağa hazırlaşır.

Mynews.az-ın məlumatına görə, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA-ya Neft Nazirliyindəki mənbə bildirib.

O qeyd edib ki, müştərilərə endirim fürsəti vermək qlobal neft bazarının əsaslarını təşkil edir.
Endirimin hansı istiqamətdə olacağı açıqlanmasa da, bəzi mətbu orqanlar avqust ayından neftin qiymətinin 60-80 sent ucuzlaşdırılacağını yazır. 

Bildirək ki, İran gündəlik ortalama 2 milyon 200 min barel neft ixrac edir. Bunun yarısı Çin və Hindistan tərəfindən, 25 faizi Avropa ölkələri tərəfindən alınır. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...