Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Əhalinin gəlirləri artıb - STATİSTİKA

Bu ilin yeddi ayında ölkə əhalisinin nominal gəlirləri 30 milyard 331 milyon manat olub. 

Mynews.az xəbər verir ki, gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz artıb. 

Beləliklə, əhalinin hər nəfəri orta hesabla 3 min 94 manat gəlir əldə edib.

Əhalinin gəlirləri ötən ilin yanvar-iyul aylarına nisbətən 8,4 faiz artıb. Belə ki, göstərilən dövrdə əhalinin gəlirləri 2 min 853 manat olub. 

Cari ildə icbari və könüllü ödənişlərdən sonra əhalinin hər nəfərinin sərəncamında 2 min 847 manat vəsait qalıb. Ötən il həmin rəqəm 2 min 612 manat  olub. 

Qeyd edək ki, hesabat dövründə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği  8 milyard 109 milyon manat təşkil edib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...